Berlin, 3 iyun, AZƏRTAC
AFR-in xarici işlər naziri Frank-Valter Ştaynmayer Yozef Blatterin FIFA prezidenti postundan istefa verməsi qərarını təqdir edib. “Hər şeyi yenidən başlamaq lazımdır. Funksionerlər və azarkeşlər arasında ixtilaf indi olduğu qədər böyük olmayıb”, – deyə nazir vurğulayıb. Onun sözlərinə görə, tərəzinin bir gözündə “dolaşıq maxinasiyalar” və “hərislik”, digər gözündə isə sistemi təmənnasız dəyişməyə çalışan insanların cəhdləri və dərin istəkləri durur.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin