​Tvitter yenilik etdi

Tvitter yenilik edib.

Metbuat.az xəbər verir ki, platformaya altyazıların aktivləşdirilməsi və videoların endirilməsi kimi funksiyalar əlavə ediləcək.

Məlumatda qeyd edilir ki, İlon Mask tvitteri alandan sonra platformada bir sıra dəyişiliklər edib. Tvitterin dizayneri Andrea Konvey platformada video paylaşma menyusunun dəyişdirildiyini açıqlayıb. Dəyişiklikdən sonra alt yazıları aktivləşdirmək, videonu yükləmək, paylaşmaq kimi seçimlər olacaq. Bu yeniliyin bütün istifadəçilərə, yoxsa yalnız “Twitter Blue” abunəçilərinə açıq olacağı maraq doğururdu. Mask bildirib ki, “Twitter Blue” abunəçiləri artıq 2 saatlıq, yəni təxminən 8 GB video yükləyə və paylaşa biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR