Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsi tikir

Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisinə hazırlaşır.

Metbuat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisi layihəsi üzrə layihələndirmə işlərinə göstəriş verib.

Tikintinin dəyəri təxminən 2 milyon dollardır. Keçid məntəqəsinin birmərtəbəli xidmət zalı, növbətçilərin istirahət otağı, dayanacaqlar və digər otaqlardan ibarət olacağı planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR