Ronaldo Avropaya geri qayıdır - Yeni klubu təəccübləndirdi

“Əl-Nəsr”dən ayrılacağı iddia edilən Kriştiano Ronaldonun Avropaya qayıdacağı irəli sürülüb.

Metbuat.az İspaniya mediasına istinadən xəbər verir ki, Ronaldonun Çempionlar Liqasına vəsiqə qazanan “Nyukasl Yunayted”ə transferi gündəmdədir. İddia edilir ki, “Nyukasl Yunayted”in sahibi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ronaldonu kluba gətirmək istəyir. Məlumata görə, “Əl-Nəsr”də xoşbəxt olmasına baxmayaraq, Ronaldo “Nyukasl Yunayted”ə transfer olmağa etiraz etməyib.

Qeyd edək ki, hələ Ronaldo “Əl-Nəsr”lə müqavilə imzalayarkən Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə onun “Nyukasl Yunayted”ə keçəcəyi irəli sürülmüşdü. Hər iki klub vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbəri olduğu şirkətlər tərəfindən maliyələşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR