Çavuşoğlu postundan gedir - Sürpriz dəyişiklik

Türkiyədə parlament və prezident seçkilərindən sonra diqqətlər qurulacaq yeni hökumətə yönəlib. Yeni hökumətdə sürpriz adların yer alacağı irəli sürülür.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, gözlənilməz dəyişikliklərdən biri xarici işlər naziri postu ilə bağlıdır. İddialara yeni nazirlər kabinetində hazırki xarici işlər naziri Mövlud Çavuşoğlu yer almayacaq. İddialara görə, onun yerinə Milli Kəşfiyyat idarəsinin rəhbəri Hakan Fidan və ya Prezidentin sözçüsü İbrahim Kalın təyin edilə bilər. Digər iddialara görə, Çavuşoğlu Prezidentin xarici siyasət üzrə köməkçisi təyin ediləcək.

Türkiyə mediası yazır ki, yeni nazirlər kabinetində bir sıra dəyişikliklər olacaq. Nazirlərin əksəriyyəti dəyişəcək. Bəzi mənbələr yazır ki, iki nazir postu istisna olmaqla bütün nazir postlarına yeni adlar gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı