Paşinyan Moldovaya getdi

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 31-də Moldovanın paytaxtı Kişineuya işgüzar səfərə yola düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

N.Paşinyan Kişineuda Avropa Siyasi Cəmiyyətinin II sammitində iştirak edəcək.

Bildirilib ki, Molodvanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı Şurasının sədri Mişel Şarl və N.Paşinyanın iştirakı ilə beştərəfli görüş keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR