1,4 milyard avroluq təklif - Messi üçün gəldilər

Səudiyyə Ərəbistanı klubundan Lionel Messiyə fantastik təklif gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın “Lequipe” qəzeti məlumat verib. Bildirilir ki, Səudiyyə Ərəbistanı klubu Lionel Messiyə iki illik müqavilə üçün 1,4 milyard avro təklif edib. Müqavilənin detalları barədə ətraflı məlumat olmasa da, güman edilir ki, təklifə Messinin 2030-cu ildə dünya çempionatı ilə bağlı Səudiyyə Ərəbistanı üçün futbol səfiri kimi işləməsi də daxildir. Məlumata görə, Messi ailəvi məsələlərə görə, təklifi rədd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2030-cu ildə dünya çempionatına ev sahibi hüququnu əldə etmək üçün nüfuzlu futbolçuları krallığa transfer edərək, diqqətləri üzərinə çəkmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı