Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

Seçkilərin ikinci turunda yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi bu gün baş tutacaq.

Metbuat.az xəbər verir ki, mərasim yerli vaxtla 14:00-da, Türkiyə Böyük Millət Məclisində keçiriləcək.

Andiçmə mərasimində bir çox ölkə liderlərinin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Ərdoğan andiçmədən sonra Anıtqəbiri ziyarət edəcək. Daha sonra Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR