Bir müddət İtaliyanın "İnter" klubunda göstərdiyi uğurlu oyunu ilə məşhurlaşan keçmiş braziliyalı futbolçu Adriano yeni fotoları ilə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, quldur dəstələrinə üzv olması barədə iddialar səsləndirilən Adriano sosial media hesabında paylaşdığı fotoları ilə hər şeyin yaxşıya doğru dəyişdiyi barədə mesaj verib. Adrianonun sosial mediada 5 milyondan çox izləyicisi var. Adriano həyat yoldaşı ilə paylaşdığı fotoya "Biz xoşbəxtik, həyatı yaşayırıq" sözlərini əlavə edib.
Qeyd edək ki, 38 yaşlı futbolçu problemlərinə görə, futbolçu karyerasına tez bitirib. Ardınca onun adı dəstə başçısı imi hallanıb.