​Belçikadan Ukraynaya verilən silahlarla bağlı etiraz

Belçika hökuməti Ukraynaya verilən silahların Rusiyaya qarşı hücumlarda istifadə edilməsinə qarşı çıxır və onların yalnız özünümüdafiə məqsədilə istifadə oluna biləcəyini bildirir.

Metbuat.az xəbər verir ki, Belçikanın Ukraynaya göndərdiyi “FN Scar” tipli avtomatik silahların Rusiya ordusuna qarşı hücumlarda istifadə edildiyini göstərən video Belçikada müzakirə mövzusu olub. Belçikanın Baş naziri Alexander De Croo mövzu ilə bağlı sualları cavablandırarkən bildirib ki, Rusiya torpaqlarında Belçika istehsalı olan silahların istifadə edilib-edilmədiyini müəyyən etmək üçün kəşfiyyatçılara müraciət edilib.

“Hələ bu məlumatı təsdiqləmək iqtidarında deyiləm. Bizim həm Belçika istehsalı olan, həm də digər Avropa ölkələrinin silahları ilə bağlı çox sərt qaydalarımız var. Belçikanın Ukraynaya verdiyi silahlardan yalnız Ukrayna torpaqlarının müdafiəsi üçün istifadə oluna biləcəyi şərti var” - Alexander De Croo bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı