AKP Türkiyə Böyük Millət Məclisinin sədri postuna onu namizəd seçdi - FOTO

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədrlik üçün İstanbuldan seçilmiş millət vəkili Numan Kurtulmuşun namizədliyini irəli sürüb.

Metbuat.az xəbər verir ki, MHP də onun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, çərşənbə günü Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçiləcək. Hazırda müvəqqəti olaraq bu vəzifəni MHP sədri Dövlət Bağçalı icra edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR