PSJ-dən sonra "Bavariya" və "Liverpul" da ​“Fənərbaxça”nın qapısına dayandı

“Fənərbaxça”nın gənc istedadı Arda Gülərin Avropada müştəriləri artır.

Metbuat.az “Ntv spor”a istinadən xəbər verir ki, PSJ və “Arsenal” kimi klublardan sonra "Ayaks", "Bavariya" və "Liverpul" da futbolçunu transfer etməkdə maraqlıdır. Məlumata görə, “Fənərbaxça” Arda Gülər üçün azı 20 milyon avro tələb edirdi. İddia edilir ki, istedadlı futbolçunun müştəriləri artdığına görə, “Fənərbaxça” tələbini 25 milyon avroya çatdırıb. Arda Gülərin Almaniya və ya İspaniyada karyerasını davam etdirməkdə maraqlı olduğu iddia edilir.

Qeyd edək ki, "Fənərbağça" gənc ulduzu Arda Gülərlə yeni müqavilə imzalayıb. 18 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2025-ci ilin 31 mayına kimi uzadılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı