"Möhtəşəm qız" vətənə çağırıldı: Ərdoğan onu vacib posta gətirir - FOTO

ABŞ-da “Möhtəşəm Türk qızı” kimi tanınan Hafize Gaye Erkanın Türkiyə Mərkəzi Bankına sədr təyin olunacağı barədə iddialar var.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, Gayenin Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Türkiyəyə gəldiyi bildirilir. Məlumata görə, Türkiyədə bir sıra görüşlər keçirən Gayenin Ərdoğan tərəfindən də qəbul ediləcəyi deyilir. Bildirilir ki, Türkiyənin yeni Xəzinə və Maliyyə Naziri təyin olunan Mehmet Şimşek Gayenin Mərkəzi Bankın sədri təyin olunmasını tövsiyə edib.

Qeyd edək ki, Hafize Gaye 1982-ci ildə İstanbulda anadan olub. Türkiyədə ali təhsil alan Gaye ardınca ABŞ-ın Princeton universitetinə qəbul olub. ABŞ-a köçən türk qızı Princetonda iki illik doktorantura proqramını bir ildə bitirən ilk tələbə olub. O, ABŞ-ın “ən gənc maliyyə professoru” adını qazanıb. 2005-ci ildə “Goldman Sachs” şirkətində işə başlayan Erkan, ardınca “First Republic Bank”da menecer kimi fəaliyyət göstərib. Gaye şirkətin baş vitse-prezidenti ardınca isə bankın İnvestisiya Departamentinin Rəhbəri və Risklərin İdarə Edilməsi üzrə həmsədr vəzifələrində çalışıb. Erkanın uğurlu fəaliyyəti bankın vəsaitlərini 10 dəfəyə artırıb. Daha sonra Gaye Erkan “Marsh McLennan” şirkətinin direktorlar şurasında işə başlayıb. Erkan ABŞ-dakı uğurlu iş həyatına görə, “Möhtəşəm Türk qızı” ləqəbini alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı