Ən qısqanc və inadkar bürclər bunlardır

Elə bürc nümayəndələri var ki, onları əsəbiləşdirmək çox asandır. Bu insanlar münasibətlərində də olduqca həssasdırlar. Bəzi bürc altında doğulanlar olduqca mühafizəkar və qısqancdırlar.

Bu bürclər hansılardır? Astroloqlar həmin 4 ən qısqanc bürcü açıqlayıblar.

Metbuat.az lent.az-a istinadən həmin bürcləri təqdim edir:

Əqrəb

Əqrəblər ən dominant bürclərdən biridir və partnyorlarının əks düşüncələrinə belə dözümləri yoxdur. Onlar sadəcə partnyorlarına deyil, həmçinin dostlarına, ailələrinə qarşı da belədir.

Qoç

Qoçlar partnyorlarının sosial şəbəkələrini daimi yoxlayan və onları idarə etməyə çalışan bürclərdir. Onların qısqanclığı çəkilməzdir. Qəzəbləri isə idarə olunmazdır. Ancaq məsələni normal dildə başa salmağa çalışsanız, onlar sizi başa düşəcək.

Çünki Qoçlar anlayışlı insanlardır.

Buğa

Buğa bürcləri inadkarlığı ilə tanınır. Sakit xasiyyətlərinə baxmayaraq, Buğalar ən qısqanc olan bürclər arasındadır.

Buğalar şübhəli görünən məsələ haqqında uzun müddət gözləyir. Hər şeyi düzgün başa düşüb-düşmədiyini dərk edir və əgər təxminləri təsdiqlənərsə, qətiyyən onun qarşısına çıxmayın.

Şir

Bu bürclər həmişə zirvədə olmaq istəyirlər, ona görə də ən gözəl partnyorları seçirlər. Ancaq buna baxmayaraq, münasibətlərdə həmişə əziyyət çəkən tərəf olurlar. Çünki qısqanclıqları onları rahat buraxmır. Şirlərlə mübahisənin sonu heç də yaxşı bitmir. Xəyanətə uğrayarlarsa, heç vaxt bağışlamırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı