Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfədən çox artıb

2023-cü ilin ilk 3 ayında fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 312 milyon 629 min dollar pul köçürülüb.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.1 dəfə və ya 212 milyon 926 min dollar çoxdur. 2022-ci ilk 3 ayında Rusiyadan Azərbaycana 99 milyon 703 min dollar dəyərində vəsait köçürülüb olub.

    Qeyd edək ki, Rusiyadan pul köçürmələri ümumi köçürmələrin 69.2%-ni təşkil edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı