Ronaldodan Messi barədə suala gözlənilməz cavab: Sudan danışmaq istəyirəm - VİDEO

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Lionel Messinin Səudiyyə Ərəbistanına transferi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Metbuat.az xəbər verir ki, su brendinin təbliğatı zamanı Ronaldoya Messi transferi barədə sual ünvanlanıb. Ronaldo isə belə cavab verib:

"Futbol haqqında danışmaq istəmirəm. Sadəcə su haqqında danışmaq istəyirəm. Ən yaxşıları Səudiyyə Ərəbistanında xoş qarşılanırlar. Bizim buradakı liqa ilə bağlı problemimiz yoxdur”

Qeyd edək ki,Lionel Messiyə Səudiyyə Ərəbistanında təklif olmasına baxmayaraq, o ABŞ-ın “İnter Mayami” klubuna transfer olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR