“Real” öz yetirməsi ilə müqavilə imzaladı

“Real Madrid” klubu heyətinə yeni futbolçu qatıb.

Metbuat.az xəbər verir ki, klub “Rayo Valyekano”nun müdafiəçisi Fransisko Qarsiyanı transfer edib. İspan 2020-ci ildə “Kastilya”dan icarə əsasında “Rayo”ya keçib, 2021-ci ilin yayında isə daimi əsasda komanda oyunçusu olub.

2022/23 mövsümündə Qarsiya bütün yarışlarda 40 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Fransisko Qarsiya “Real”ın yetirməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı