BŞTİ müdirindən valideynlərə ÇAĞIRIŞ

Məktəblərdəki neqativ hallarla bağlı kəskin addımlar atılır və atılacaq.

Metbuat.az xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

M.Vəliyeva bildirib ki, məktəblərdə müşahidə olunan neqativ hallarla bağlı mütəmadi şəkildə maarifləndirici işlər aparılır, müvafiq tapşırıqlar verilib:

"Təbii ki, biz də məktəblərdə müəyyən neqativ halların olmasının tərəfində və arzusunda deyilik. Amma təəssüf ki, bu kimi hallar baş verəndə də kəskin addımlar atılır və atılacaq".

Bu sahədə valideynləri əməkdaşlığa çağıran İdarə müdiri onları müəyyən məsələlərdə təşəbbüskar olmamağa səsləyib:

"Əgər onlar bu sahədə bizə kömək edərlərsə, daha üstün və yaxşı nəticələr əldə edə bilərik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR