Estoniya millisi Bakıya ciddi itkilərlə gələcək

“Avro-2024”ün seçmə qrup mərhələsində növbəti oyununu millimizə qarşı keçirəcək Estoniya yığması Bakıya itkilərlə gələcək.

Metbuat.az xəbər verir ki, rəqibin 8 futbolçusu iyunun 17-də baş tutacaq qarşılaşmanı buraxacaq. Bunlar Yoonas Tam, Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq və Markus Soometsdir.

Müdafiəçi Y.Tam şəxsi səbəblərə görə komandanın düşərgəsinə qoşulmayıb. Digər 7 oyunçu isə zədə səbəbindən yığmaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Estoniya Bakıdakı oyundan 3 gün sonra öz meydanında Belçika ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı