115 milyonluq futbolçu türk nəhənginə transfer olur

“Real Madrid”dən ayrılan Eden Hazard Türkiyəyə transfer olmaq üzrədir.

Metbuat.az xəbər verir ki, futbolçunun “Fənərbaxça”ya transfer olacağı bildirilir. Braziliya mətbuatına görə, tərəflər arasında detallar razılaşdırılıb. Eden Hazard transferə razılıq verib. İddialara görə, futbolçuya Braziliya klublarından da transfer təklifləri var. Lakin “Fənərbaxça”nın təklifi futbolçunun diqqətini cəlb edib.

Qeyd edək ki, 2019-cu ildə "Çelsi"dən 115 milyon avro qarşılığında transfer edilən Eden Hazard “Real Madrid”də uğur qazana bilməyib. Eden Hazard bu mövsüm “Real Madrid”in heyətində cəmi 10 rəsmi oyuna çıxıb və onların 4-də ilk 11-də yer alıb. Ümumilikdə 392 dəqiqə meydanda qalan belçikalı ulduz 1 qol vurub və 2 məhsuldar ötürmə edə bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR