Mbappe arzusuna çatdı - 200 milyonluq təklifə razılıq verdi

Kərim Benzemanı klubu tərk etməsindən sonra hücumçu axtarışında olan “Real Madrid” Kilian Mbappe üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Real Madrid” PSJ ilə müqaviləsini uzatmaqdan imtina edən Mbappe üçün fantastik təklif hazırlayıb. “L'Equipe” qəzetinin məlumatına görə, “Real Madrid” Mbappe transferi üçün 200 milyon büdcə ayırıb. Məlumata görə, Fransa komandasına təklif ünvanlanıb. Təklifə razılıq verən PSJ detalları nəzərdən keçirir. "Real" Mbappenin özü ilə razılıq əldə edib.

Bildirilir ki, Mbappenin müqaviləsi gələn mövsümün sonunda başa çatacağı üçün o klubdan azad agent kimi ayrıla bilər. PSJ buna görə, futbolçunu indi sataraq gəlir əldə etmək istəyir.

Qeyd edək ki, Mbappe bir il əvvəl "Real"a transfer olmaq istəsə də, Fransanın hakim dairələri məsələyə müdaxilə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR