"Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür".
Metbuat.az xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Baş nazir bildirib ki, Pakistan və Azərbaycan qardaş xalqlardır: "Bizim münasibətlərimiz qarşılıqdı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub”.