Kılıçdaroğlu müşavirlərini işdən çıxardı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 4 iyun 2023-cü ilə qədər təyin olunan bütün müşavirləri və baş məsləhətçiləri vəzifəsindən azad edib.

Metbuat.az xəbər verir ki, bu barədə partiyanın bəyanatında deyilir.

"Onların hər birinə Cümhuriyyət Xalq Partiyası adından fəaliyyətlərinə görə təşəkkür edirik. Hörmətlə ictimaiyyətə açıqlanır”-, məlumatda deyilir.

İşdən çıxarılan adlar arasında Ünal Çeviköz, Tuncay Özkan, Nuşirevan səfiri, Ərdoğan Toprak, Rəcəb Cengiz, Rasim Bölücek və Deniz Demirin olduğu öyrənilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı