Orta aylıq nominal əməkhaqqı 10,8% artıb

2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 913,9 manat təşkil edib.

Metbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3714,9 manat, qeyri neft-qaz sektorunda 860,0 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 861,7 manat, özəl müəssisələrdə isə 972,1 manat təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı