Astroloqların açıqlamalarına görə qarşıdan gələn iyul ayında üç bürcün həyatı fürsətlərlə dolu olacaq.
Metbuat.az həmin bürclər haqqında məlumatı təqdim edir:
Buğa
Bolluq və bərəkət planeti olan Yupiter Buğa bürcündə səyahətini davam edir.İyulun ilk həftəsində Buğa bürcləri daşınmaz əmlak almaq üçün hərəkətə keçə bilər. Onların komfort zonası yaxşılaşacaq, fürsətlər qapılarına qədər gəlib çıxacaqdır.
Xərçənglər
İyul ayında Xərçənglər maliyyə problemlərini həll edib zənginliylərini artıra bilərlər. Biznes və karyera ilə bağlı məsələlərdə çoxdan gözlənilən yüksəliş və ya yeni iş təklifi alacaqlar. Digər tərəfdən, torpaq və evlə bağlı maliyyə sərmayələri Xərçənglər üçün yaxşı nəticələr verə bilər.
Dolçalar
Dolçalar iyul ayında maliyyə baxımından pula pul deməyəcək.Onlar üçün gözlənilməz gəlir və ya maliyyə seçimləri ön plana çıxır. Çoxdan arzuladıqları evi və maşını əldə etmək şansı qarşıda mümkün olacaq.
Aidə / Metbuat.az