Dərmanların idxalı zamanı ƏDV aradan qaldırıla bilər - TƏKLİF

Dərmanların idxalı zamanı ƏDV-nin aradan qaldırılması təklif olunub.

Metbuat.az xəbər verir ki, bu təkliflə deputat İlham Məmmədov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, sahibkarlarla görüş zamanı onlar da bu sahədə narahatlıqlarını dilə gətirirlər.

"Məsələn, 100 manatlıq dərmana 18 manat ƏDV ödənilir və həmin dərman bazara çıxmamış qiyməti 118 manat olur. Bu da qiymətlərin bahalaşmasına gətirib çıxarır" - deyə deputat qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı