İnstaqramda videolarla bağlı yenilik - Tiktoka rəqib oldu

İnstaqramda videolarla bağlı yenilik istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, istifadəçilər videoları yükləyə biləcək. İnstaqramın baş direktoru Adam Mosserinin sözlərinə görə, videoların yüklənməsi funksiyasının aktivləşdirilməsinə istifadəçilər tərəfindən böyük tələb olub. Onun sözlərinə görə, yalnız ictimai hesablardakı videolar yüklənə bilər. Hesab sahibləri “Reels”ləri yükləmək funksiyasını söndürmək imkanına malikdirlər. Bu funksiya hazırda yalnız ABŞ-da mobil cihazlarda və yalnız qeyri-şəxsi hesablarda aktivdir.

Qeyd edək ki, video yükləmə funksiyası tiktokda böyük maraqla qarşılandıqdan sonra instaqramın da belə yenilik etdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR