Nazir araşdırmanın nəticəsini açıladı: "Qorxulu amillər yoxdur"

"Gədəbəy rayonun Söyüdlü kəndi və ətrafında xüsusi cihazlarla hava ölçüləri aparılıb. Havanın keyfiyyəti öyrənilib. Orada hər hansı bir qorxulu amillər yoxdur".

Metbuat.az xəbər verir ki, bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib.

Komissiya sədri bildirib ki, havada texniki qazların parametrləri norma çərçivəsindədir:

"Sizi narahat edən sianidin buxarlanması nəticəsində olan tərkib havada yoxdur. Torpaq və su ilə bağlı da nümunələr xüsusi laboratoriyada analiz ediləcək. Nəticəni sizinlə bölüşəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı