Dənizdə batan gənclərin cəsədi tapıldı: Biri tələbə imiş - FOTO

Buzovnada dənizdə batan gənclərin meyitləri tapılıb.

Metbuat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, 23 yaşlı İsgəndər Əhmədov və 22 yaşlı Samir Əhədlinin nəşi FHN xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Zərdab rayonun, Gəlmə kənd sakini olan S. Əhədli tələbə olub. O, Azərbaycan Texniki Universitetində təhsil alırmış.

Qeyd edək ki, gənclər 3 gün əvvəl-iyunun 20-də batıblar. Axtarış işlərinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı