Rusiya MN-dən "Vaqner"in döyüşçülərinə MÜRACİƏT

Rusiya Federasiyasının Müdafiə Nazirliyi "Vaqner" PMC-nin döyüşçülərinə müraciət edib.

Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:

“Siz Priqojinin cinayətkar macərasına və silahlı üsyanda iştiraka aldandınız. Bir neçə dəstədən olan bir çox yoldaşlarınız daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəməkdə səhvlərini artıq başa düşdülər. Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı