Hesablama Palatası ötən il əkin subsidiyası məbləğinin azalmasının səbəbini açıqladı

Respublika üzrə əkin sahələrinin becərilməsinə görə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş əkin subsidiyasının məbləği 2022-ci ildə 246558,4 min manat olmaqla 2021-ci illə müqayisədə 11998,9 min manat və ya 4,6% azalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı"nda məlumat əks olunub.

    Məlumata görə, azalma əsasən 2022-ci ildə buğda əkin sahəsi üçün verilən subsidiyanın məbləğinin əvvəlki illə müqayisədə 8117,2 min manat azalması, eləcə də əvvəlki 2 ildən fərqli olaraq pambıq və şəkər çuğunduru üzrə əkin subsidiyasının verilməməsi ilə bağlı olub.

    Eləcə də, buğda məhsulu qədər önəmli olmayan arpaya görə 2022-ci ildə verilmiş əkin subsidiyasının məbləği 76073,7 min manat olmaqla əvvəlki illə müqayisədə 24996,8 min manata və ya 48,9% artıb, lakin buna baxmayaraq ölkə üzrə arpa istehsalı 2021-ci ildəki 1146,7 min tondan 2022-ci ildə 1100,8 min tona qədər azalıb.

    Pambıq əkini üzrə 2022-ci ildə əkin subsidiyasının verilməməsinə baxmayaraq respublikada pambıq istehsalı 2022-ci ildə 322,5 min ton olmaqla 2021-ci ilin müvafiq göstəricisindən 35,5 min ton və ya 12,4% çox olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı