"Qalatasaray"ın futbolçusunun meneceri sosial media fenomeni Duru Önverə maraqlı təklif irəli sürüb.
Metbuat.az “Goal.com”a istinadən xəbər verir ki, bu barədə Duru Önver açıqlama verib. Sosial media fenomenin sözlərinə görə, "Qalatasaray"lı futbolçunun meneceri məktub ünvanlayaraq təmsil etdiyi futbolçunun onunla tətilə çıxmaq istədiyini ifadə edib.
“Mən “Qalatasaray A” futbol komandasının peşəkar oyunçusunun şəxsi meneceriyəm. Məxfilik məsələlərinə görə, hazırda oyunçunun adını paylaşa bilmirəm. Yaxın günlərdə istər ölkədə, istərsə də xaricdə sizinlə təkbaşına kiçik bir tətil keçirmək istəyir. Əgər maraqlanırsınızsa, rəy bildirin" - Duru Önver futbolçunun menecerinin ona yazdığını deyib.