Oyunda dava düşdü - 11 futbolçu qırmızı vərəqə aldı

Türkiyənin İsparta vilayətindən keçirilən "Küçük Hacılarspor" - "Atabəyspor" matçı mübahisə səbəbilə dayandırılıb.

Metbuat.az xəbər verir ki, oyunun 20-ci dəqiqəsində futbolçular arasında dava düşüb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub. Matçın baş hakimi Hikmət Telli “Küçük Hacılarspor”un 6, “Atabəyspor”un isə 5 futbolçusunu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıb. Daha sonra davaya görə matç ləğv edilib. Mübahisə stadiondan kənarda da davam edib.

“Atabəyspor”a məxsus avtobusun şüşəsi sındırılıb. “Atabəyspor” klubunun açıqlamasına görə, bəzi futbolçular döyülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı