“Çelsi”nin ulduzu “Qalatasaray”a doğru

"Çelsi" klubunun futbolçusu Pyerr-Emerik Obameyanq klubdan ayrılmaq üzrədir.

Metbuat.az xəbər verir ki, futbolçu özü “Barselona”ya getmək istəsə də, maliyyə məsələlərinə görə transfer reallaşmayıb. "The Telegraph" nəşrinin məlumatına görə, "Qalatasaray" 34 yaşlı hücumçunu transfer etmək istəyir. Məlumata görə, "Qalatasaray" futbolçuya təklif göndərib.

Qeyd edək ki, Pyerr-Emerik Obameyanqın London təmsilçisi ilə müqaviləsi 2024-cü ildə yekunlaşır. İddialara görə, baş məşqçi Maurisio Poçettino futbolçunu əsas heyətdə düşünmür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR