Qaxda Bakı sakinini avtomobil vurub

Qaxda Bakı şəhər sakinini avtomobil vurub.

Metbuat.az bildirir ki, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kənd ərazisindən keçən hissəsində baş verib.

    İbadət Nağıyev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Bakı şəhər Xətai rayon sakini Elnur Məhərrəm oğlu Məhyəddinovu vurub.

    Hadisə zamanı kəllə-beyn travması alan E.Məhyəddinov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR