Kriştiano Ronaldo “Əl-Nəsr”dən ayrıla bilər.
Metbuat.az xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasında oynamaqdan razı olsa da, yeni təklifləri nəzərdən keçirə bilər. “Marca” qəzetinin məlumatına görə, Ronaldo yeni layihəni dəyərləndirə bilər.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi mövsümün sonunda yekunlaşır.