Uzun illər “Tottenhem”in uğuru üçün tər tökdü - Artıq gedir

“Bavariya” klubu Robert Levandovskinin "Barselona"ya transferindən sonra iddialı hücumçunu heyətinə cəlb etmək istəyir.

Metbuat.az xəbər verir ki, “Bavariya” heyətini İngiltərə millisinin hücumçusu Harri Keyn ilə gücləndirmək istəyir. “Bild” qəzetinin məlumatına görə, “Bavariya” Keyn üçün “Tottenhem”ə 70 milyon avro təklif edib. İddialara görə, “Tottenhem” isə hücumçu üçün 100 milyon avro tələb edir. Məlumata görə, Keyn klubdan ayrılmaq və daha iddialı kluba getmək istəyir.

Qeyd edək ki, Harri Keynin “Real Madrid”in də hədəfində olduğu barədə xəbərlər dərc edilmişdi. Lakin “Real” Keyn üçün 100 milyon avro ödəmək istəmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı