Bakı ”Global Golden People Awards” layihəsinə növbəti dəfə ev sahibliyi edəcək

1-2 iyul 2023-ci il tarixində “Reputation” və “Millionare Concept Network”in rəsmi tərəfdaşlığı əsasında “Dreamland Golf Hotel Baku”da paytaxtımız bu il dördüncüsü düzənlənən ”Global Golden People Awards” layihəsinə ev sahibliyi edəcək.

Nüfuzlu biznes platforması tərəfindən davamlı olaraq müxtəlif sektorları əhatə edən genişmiqyaslı layihələr həyata keçirilir. Bu dəfə gerçəkləşməsi nəzərdə tutulan iki günlük layihə programı çərçivəsində dünyanın müxtəlif yerlərindən öz işiğı ilə seçilən insanlar “golden people” adı altında bir araya gələcək.

Qlobal əməkdaşlığa yönəlik layihədə ölkəmizlə yanaşı Almaniya, Fransa, Belarus, Rusiya, İtaliya, İspaniya, Ukrayna, Qətər, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Malaziyadan olan önəmli marka və şəxslər yer alacaq.

Qeyd edək ki, beynəlxalq biznes platforması irəliləyən zamanda dünyanın bir sıra mədəniyyət paytaxtlarında lüks layihələr təşkil etməyə davam edəcək və tezliklə dünya bazarlarına “Millionare Concept” adı altında öz brendini təqdim edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR