"Qarabağ" yoxlama oyununda Polşa klubuna uduzdu

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, "köhlən atlar" ikinci sınağında Polşa "Legiya"sı ilə qarşılaşıb. "Kössen Arena"da oynanılan görüş "köhlən atlar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Varşava təmsilçisindən qolları 74-cü dəqiqədə Mark Qual və 80-ci dəqiqədə Yurgen Elitim Sepulveda vurublar.

Ağdam klubu Avstriyadakı ilk matçında Macarıstan "Ferentsvaroş"u ilə 3:3 hesablı heç-heçə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı