Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu qəbul edib.

Metbuat.az xəbər verir ki, həmin məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, tərəflər Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri, regional və qlobal vəziyyətə dair məsələləri müzakirə ediblər.