“Qarabağ” sonuncu yoxlama oyununda qələbə qazandı

Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ” sonuncu yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) ilə üz-üzə gəlib.

“Vörgl” stadionunda baş tutan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.

“Qarabağ” Avstriyadakı ilk görüşündə Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə etmişdi – 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa “Legiya”sına uduzmuşdu – 0:2.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı