“İbo Show”nun məşhur qızı illər sonra - FOTOLAR

Vaxtilə Türkiyənin efir məkanının məşhur proqramı “İbo Show”dakı rəqsləri ilə tanınan rəqqasə Didem Kınalı uzun zamandan sonra açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, türkiyəli sənətçi İbrahim Tatlısəsin aparıcısı olduğu verilişdə çıxışlar edən Didem bildirib ki, “İbo Show” onun nüfuz qazanmasına səbəb olub. “Haber Bahane” yutub kanalının qonağı olan rəqqasə İbrahim Tatlısəslə aralarından olan eşq iddialarına da münasibət bildirib. O qeyd edib ki, İbrahim Tatlısəslə heç vaxt emosional yaxınlığı olmayıb. Rəqqasə Didem Kınalı İbrahim Tatlısəslə 17 yaşında tanış olduğunu qeyd edib. O elə həmin illərdən “İbo Show”da çıxışa başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı