Ardanın yerini "Yuventus"un ulduzu dolduracaq

Arda Gülərin "Fənərbaxça"dan ayrılacağını nəzərə alan klub, "Yuventus"un türk əsilli gənc istedadı Kənan Yıldızı heyətinə qatmaq üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" futbolçuya iddialı təklif ünvanlayıb. “La Gazzetta dello Sport”un xəbərinə görə, "Fənərbaxça" 18 yaşlı futbolçu üçün 10 milyon avro təklif edib. Məlumata görə, Kənan Yıldız təklifi rədd etməyib. Lakin o hələ transfer barədə yekun qərarını verməyib.

Bildirilir ki, futbolçu "Yuventus"un yeni idman direktoru Kriştiano Giuntoli ilə görüşdükdən sonra qərarını verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı