Ali Koçdan Ardanın seçiminə gözlənilməz reaksiya

"Barselona"ya keçidi gözlənilən və 1 il daha "Fənərbaxça"da oynadıqdan sonra Kataloniya nəhənginə keçməsi planlaşdırılan Arda Gülər təəccüblü şəkildə "Real Madrid"ə üstünlük verib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Fənərbaxça"nın prezidenti Ali Koç Ardanın seçiminə təəccüblənib. Türkiyə mətbuatının məlumatına görə, Ali Koç “Bu o deməkdir ki, imzalar könüllərə atılmır” deyə Ardanın seçiminə reaksiya verib.

Məlumata görə, Ali Koç Ardanı daha bir il heyətdə saxlamaq istəyir. “Barselona” icarə əsasında buna razı idi. İddialara görə, “Real Madrid” isə Arda Güləri dərhal heyətə cəlb edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR