Basketbol Federasiyasmız Avropanın 10 ən güclü federasiyası arasında

Azərbaycan Basketbol Federasiyasının 2022/2023-cü il mövsümündən etibarən 3x3 qadın basketboluna göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi Beynəlxalq Basketbol Federasiyasının (FIBA) yeni açıqlanmış reytinq cədvəlində öz əksini tapıb.

Federasiyadan Mtebuat.az-a bildirilib ki, 3x3 basketbol üzrə qadın millimizin Dünya Qadın Seriyasındakı mütəmadi iştirakı və “Neftçi” klubunun Şuşa və Netanya mərhələlərində qazandığı uğurlar sayəsində, Azərbaycan Basketbol Federasiyası 3x3 basketbol üzrə qadınların reytinq sıralamasında Avropa üzrə 10-cu, dünya üzrə isə 16-cı pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR