Hazarddan sürpriz qərar

ABŞ-ın "İnter Mayami" klubu daha bir ulduz futbolçunu heyətinə qatır.

Metbuat.az xəbər verir ki, “İnter Mayami” “Real Madrid”dən ayrılan Eden Hazardla razılaşmağa çalışır. Relevo xəbər verir ki, Lionel Messi və Serxio Busquets ilə müqavilə imzalayan “İnter Mayami” Hazardla müqavilənin bir sıra detallarını razılaşdırıb. Tərəflər məvacib məsələsində hələlik razılığa gələ bilməyib. Məlumata görə, klub Hazarda “Real Madrid”də aldığı məvacibdən az maaş təklif edib.

İddialara görə, Hazard karyerasını yekunlaşdırmağı da nəzərdən keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR