Fərid Qayıbov liviyalı nazir və səfirlə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Liviyanın gənclər naziri Fazalla Əl-Zani və sözügedən ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Naseri qəbul edib.

Nazirlikdən Metbuat.az-a bildirilib ki, qonaqları salamlayan F.Qayıbov onlara gənclər siyasəti və idman uğurları barədə məlumat verib.

Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı