​“Fənərbaxça”nın almaq istədiyi futbolçuya fantastik təklif

“Fənərbaxça”nın transfer etmək istədiyi "Kristal Pelas"ın futbolçusu Vilfrid Zahaya fantastik təklif gəlib.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça”nın təklifini qəbul etməyə hazırlaşan futbolçu fikrini dəyişib. “Daily Mail”in xəbərinə görə, Stiven Cerrardın baş məşqçisi olduğu “Əl-Ettifaq” Zahaya sərvət təklif edib. Ərəb komandası ulduz hücumçuya həftəlik 700 min avro maaş təklif edib. İllik 20 milyon avro məvacib təklifi alan futbolçu, “Əl-Ettifaq” klubunun təklifini hələki rədd etməyib.

Məlumata görə, hələlik, prioriteti Avropada qalmaq olan Zaha fikrini dəyişmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı