Əfsanə geri qayıdır

“Real Madrid”in yeni məşqçi namizədləri məlum olub.

Metbuat.az xəbər verir ki, “Real” klubu Zinəddin Zidanı yenidən kluba gətirmək istəsə də, fransız mütəxəssisin Fransa yığmasını çalışdırmaq istəməsi bu transferə çətinlik yaradıb. “Daily Mail”in xəbərinə görə, bu səbəbdən "Real Madrid" Xabi Alonso, Alvaro Arbeloa və Raulu siyahıya əlavə edib. Onların arasında Raul və Xabi Alonsu daha ön plandadır. Onlar məşqçilər korpusunu birlikdə də paylaşa bilər.

Qeyd edək ki, Karlo Ançelotti Braziliya yığmasının baş məşqçisi olmağa razılıq verib. O yeni mövsümün sonunda klubdan ayrılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR