"Qəbələ"nin Türkiyədəki daha bir rəqibi bilindi


“Qəbələ” 2023-2024 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək.

Komanda Boluda məskunlaşacaq. Burada üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da keçiriləcək. İlk iki qarşılaşmada "Qəbələ" Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək. “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkəmizdə yekunlaşdıracaq.

Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı